Balotelli: "Berluskoni məndən üzr istədi"

Balotelli: "Berluskoni məndən üzr istədi"
DÜNYA FUTBOLU 2 Fevral 2013 / 12:34 2502
-  A +

"Mançester Siti"dən "Milan"a transfer olunan  hücumçusu Mario Balotelli yeni komandası haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, İtaliyaya döndüyündən məmnun qalan futbolçu, hər zaman "Milan"da oynamaq istədiyini bildirib.

"Burda olmaqdan qürur duyuram. Hər zaman "Milan" üçün oynamaq istəmişəm. "İnter"dən ayrıldıqdan sonra formalaşmaq imkanı tapdım. Burda qəhrəman olmaq istəyirəm".- deyə o qeyd edib.

"Milan"ın prezdenti Silvio Berluskoninin onu "çürük alma" adlandırmasına da münasibət bildirən Balotelli bunları bildirib: "Prezident məni "çürük alma" adlandırdığı üçün üzr istədi. Amma mən onun elə söz dediyini eşitməmişdim. Nə olursa-olsun, burda olmaq mənim xəyalım idi. Burda uzun illər oynamaq istəyirəm".


Son xəbərlər