Elxan Məmmədov: "Azərbaycan - Uels matçına 7500 bilet satılıb"

Elxan Məmmədov: "Azərbaycan - Uels matçına 7500 bilet satılıb"
XƏBƏR 5 İyun 2009 / 19:55 2092
-  A +

Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Uels matçına hələ ki, cəmi 7500 bilet satılıb. Bu haqda Qol.Az-ın əməkdaşı ilə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Lakin AFFA rəsmisi millimizin oyununa daha çox azarkeşin gələcəyinə əmin olduğunu deyib: "Uels, eləcə də İspaniya ilə oyunlara bileləri təkcə stadionun kassalarında deyil, həm də şəhərimizin müxtəlif yerlərində yaradılmış satış mərkəzlərindən əldə etmək olar. Biz bununla azarkeşlərin rahatlığını təmin etməyə çalışırıq. Bu günə olan rəsmi məlumata görə, Uelslə matça təxminən 7500 bilet satılıb. Amma mən əminəm ki, sabahkı oyunda millimizi daha çox azarkeş dəstəkləyəcək. Çünki əvvəlki oyunların təcrübəsi göstərir ki, bizim azarkeşlər əsasən oyun günü bilet almağa üstünlük verirlər".


Son xəbərlər