Millimizin Uelsə qarşı oynayacaq start heyəti

ÖLKƏ FUTBOLU 5 İyun 2009 / 19:05 2824
-  A +

Bu gün saat 17:30-da milli komandamız Tofiq Bəhramov adına Respublika stadionunda sabah dünya çempionatının seçmə mərhləsində Uelsə qarşı keçirəcəyi oyunöncəsi son məşqinə çıxıb. Qol.Az-ın məlumatına görə, hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan futbolçular, ardınca toplu çalışmalara start veriblər. Mətbuat üçün məşqin açıq olan ilk yarım saatında Foqts futbolçuları bir o qədər də çox “yükləməyib”. Eyni zamanda almaniyalı mütəxəssis futbolçuları iki qrupa bölərək, onlara ayrıca məşq keçib. Məşq prosesinə əsasən millimizin sabah meydana çıxacağı start heyətini də müəyyənləşdirmək mümkün olub. Çox güman ki, Berti Foqts sabah “ilk 11-lik”də bu futbolçulara yer verəcək:

Fərhad Vəliyev, Rəşad Sadıqov, Vladimir Levin, Rail Məlikov, Mahir Şükürov, Aqil Nəbiyev, Elmar Baxşıyev, Zeynal Zeynalov, Fabio Luis Ramim, Vaqif Cavadov, Daniel Axtyamov.

Foqtsun bu futbolçulara daha çox diqqət ayırması, onlara ciddi şəkildə müxtəlif tapşırıqlar verməsi ehtimallarımızı daha da artırır. Onu da əlavə edək ki, milli komandamızın düşərgəsində hazırda ab-hava çox yüksəkdir. Son matçda Türkiyəyə məğlubiyyət belə, oyunçuların əhvalını korlamayıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı