Rail Məlikov: “Bütün gücümüzü qoyacağıq ki, qələbə qazanaq”

Rail Məlikov: “Bütün gücümüzü qoyacağıq ki, qələbə qazanaq”
XƏBƏR 5 İyun 2009 / 17:58 2032
-  A +

“Uelslə oyuna ciddi hazırlaşmışıq. Bütün gücümüzü qoyacağıq ki, qələbə qazanaq. Kardiffdəki lk qarşılaşmada da uelslilərə qarşı pis oynamamışdıq. Lakin bəxtimiz gətirməmişdi”. Bu sözləri Qol.Az-a Uelslə sabahkı matç öncəsi fikirlərini bölüşən Azərbaycan milli komandasının müdafiəçisi Rail Məlikov deyib. Məlikov eyni zamanda azarkeşləri də stadiona, komandamıza dəstək olmağa çağırıb: “Buradan azarkeşlərimizə səslənirəm. Qoy gəlib bizə dəstək olsunlar. Onların dəstəyinə böyük ehtiyacımız var. Əbəs yerə azarkeşı 12-ci oyunçu adlandırmayıblar. Onlar bizi dəstəkləsinlər, biz də əlimizdən gələni edəcəyik ki, onları öz qələbımizlə sevindirək”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord