Yunis Hüseynov tarixi necə xatırladı?

Yunis Hüseynov tarixi necə xatırladı?
XƏBƏR 5 İyun 2009 / 17:42 2168
-  A +

“Karyeram boyunca elə qapıçı olmayıb ki, onu məyus edə bilməyim. Ümumiyyətlə, futbolçu karyeram dövründə mənim üçün keçilməz qapıçı olmayıb. Yalnız bir dəfə Nadir Şükürov penalti zərbəmi dəf edib”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. Azərbaycan millisinin və “Neftçi”nin sabiq yarımmüdafiəçisi karyerası ərzində bilərəkdən hansısa qol epizodunu boşa verməsi faktının olmadığını da deyib: “Xeyr, heç vaxt belə bir şey olmayıb. Nə vaxt əlimə imkan düşüb istifadə eləmişəm. Mənim üçün fərqi olmayıb, həmin anda oyunda hesab neçə olub”. Gənc mütəxəssis 15 il bundan öncə Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda “Neftçi” ilə “Turan” arasında keçirilən Superkubok matçında yaşanmış bir epizoda da aydınlıq gətirib. Söhbət hesab 1:1 olarkən Hüseynovun hazırda “Qarabağ”da qapıçılarla işləyən məşqçisi  Nizami Sadıqovun qoruduğu qapıya təyin olunan onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməməsindən və matçdan sonra AZTV-yə açıqlamasında “özüm qol vurmadım ki, oyun maraqlı getsin” açıqlamasından gedir: “Mən demişəm? Doğurdan? Ola bilər. Yəqin zarafatla demişəm də (gülür). Heç elə şey eliyərəm?”.

Qeyd edək ki, əsas vaxtı 1:1 başa çatan həmin qarşılaşmadan sonra təyin olunan onbirmetrlik cərimə zərbələrini dəqiq yerinə yetirən “Neftçi” Superkuboka sahib çıxmışdı.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı