Vaqif Sadıqov: “Türkiyə başqa, Uels başqa”

XƏBƏR 5 İyun 2009 / 17:12 2090
-  A +

“Uelslə oyunda komandamızın qələbə qazanacağına inanıram. Berti Foqts öz işini  bilən məşqçidir. Türkiyə ilə oyunda bütün futbolçuları sınadı və hamısının bacarığına bələd oldu. Yəqin ki, Uelslə matçda dəyişikliklər görəcəyik. Mən elə düşünürəm ki, bu vacibdir. Həm oyun planında, həm də, heyətdə”. Bu sözləri Qol.Az-a sabah keçiriləcək Azərbaycan-Uels matçı ilə bağlı fikirlərini bildirən Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov Kayseridəki qarşılaşmanın nəticəsinə əsaslanıb sabahkı qarşılaşma haqqında fikir yürütməyin də tərəfdarı deyil: “Türkiyə başqa, Uels başqa. Bu iki oyunu müqayisə etmək doğru olmazdı. O sadəcə bir yoldaşlıq görüşü idi. Diqqət yetirdinizdə, heç sərtlik də yox idi. Rəşada göstərilən qırmızı vərəqəni saymasaq, heç kimə sarı vərəqə göstərilmədi. Uelslə qarşılaşma isə rəsmi görüşdür. Bunun məsuliyyəti tamam fərqlidir”.


Son xəbərlər