Qalmaqal. Çin klubu Droqbanı "Qalatasaray"a buraxmır

Qalmaqal. Çin klubu Droqbanı "Qalatasaray"a buraxmır
DÜNYA FUTBOLU 30 Yanvar 2013 / 14:15 4610
-  A +

"Şanxay Şenhua" klubu "Qalatasaray"ın Didye Droqba ilə müqavilə bağlaması xəbərinə kəskin reaksiya bildirib.

Qol.Az-ın məlumatına görə, Çin klubu rəsmi internet saytı vasitəsilə məlumat yayaraq, bu müqavilənin qaydalar çərçivəsində olmadığını bildirib:

"Klubumuz şokdadır. Droqbanın klubumuzla müqaviləsi davam edir və başqa bir klubla anlaşa bilməz. Məsələylə bağlı FİFA-ya müraciət edəcəyik".

Qeyd edək ki, Droqba keçən il iyul ayında "Şanxay Şenhua" klubuyla 2.5 illik müqavilə bağlayıb.

"Şanxay Şenhua" FİFA-dan Droqbanın geri qaytarılması üçün bu transferə əngəl olmağı xahiş edib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı