“Neftçi” “Karvan”ın futbolçusunu transfer etdi

“Neftçi” “Karvan”ın futbolçusunu transfer etdi
XƏBƏR 5 İyun 2009 / 16:55 2225
-  A +

Tarixinin ən uğursuz mövsümünü yaşayan “Neftçi” növbəti birincilikdə uğurlu çıxış etmək üçün transfer çalışmalarının davam etdirir. Qol.Az-ın məlumatına görə, Ruslan Əmircanov və Asəf Qədirinin ardından “ağ-qaralar” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Söhbət son iki ildə “Karvan”da çıxış edən Əziz Quliyevdən gedir. Bir müddət əvvəl 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da şərəfini qoruyan Əziz “Neftçi”ylə 1 illik müqavilə imzalayıb.   


Son xəbərlər