Dünya çempionatı ilə bağlı sensasiyalı iddia

Dünya çempionatı ilə bağlı sensasiyalı iddia
DÜNYA FUTBOLU 29 Yanvar 2013 / 14:45 3373
-  A +

Avropanın nüfuzlu “France Football” jurnalı yeni sayında Qətərin 2022-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnu pulla almasını faktlarla sübut edən material dərc edib.

Qol.Az-ın məlumatına görə, yazıda bildirilib ki, 2010-cu ilin noyabrın 23-də, DÇ-nın təşkilatçılığı ilə bağlı qərarın verilməsinə iki həftə qalmış Yelisey sarayında Fransanın o vaxtkı prezidenti Nikolya Sarkozi ilə Qətər şahzadəsi Tamim bin Hamad əl Taninin və “PSJ”nin sabiq sahibi Sebastyen Bazen arasında məxfi görüş keçirilib. Həmin görüşdə Sarkozi məsələylə bağlı Qətərə kömək edəcəyini açıqlayıb.

Amerikalı mütəxəssislərin jurnal üçün hazırladığı 22 səhifəlik araşdırmadan məlum olur ki, Qətər tərəfi bu ölkəyə dəstək vermələri üçün dünya futbolunun ulduzları Zinəddin Zidan, Pep Qvardiola, Kristian Karambö və başqalarını pulla satın alıb. İddia edilir ki, konkret olaraq Zidana 11 milyon avro ödənilib.

“France Football” dərc etdiyi və etmədiyi sübutları FİFA-ya təqdim etməyə hazır olduğunu bəyan edib.


Son xəbərlər