Con Toşak: “Berti Foqts unutmasın ki ...”

Con Toşak: “Berti Foqts unutmasın ki ...”
ÖLKƏ FUTBOLU 5 İyun 2009 / 16:09 2499
-  A +

“Azərbaycan milli komandasının son oyununu izləməmişəm. Həmin matça köməkçilərim baxıblar. Onlar bütün lazımı informatsiyaları mənə çatdırıblar”. Qol.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərlə görüşündə Uels milli komandasının baş məşqçisi Con Toşak deyib.

Toşak bildirib ki, heyətdəki problemlərə baxmayaraq, onlar da meydana yalnız qələbə üçün çıxacaqlar: “Bilirəm ki, Berti Foqts sabahkı matçda yalnız qələbə haqda düşünür. Buna da əsası var. Çünki komandamızın heyətində kifayət qədər problem var. Onun yerində mən də olsaydım, belə edərdim. Amma Foqts unutmasın ki, biz də eyni məqsəd haqda düşünürük. Estoniya ilə oyunda olduğu kimi. Həmin matçda yaxşı oynamadıq. Amma əsas olan qələbədir ki, ona da nail olduq”.

Britaniyalı mütəxəssis onu da bildirdi ki, sabahkı matç karyerasında ən çətin oyunlardan biri olacaq. Səbəbini isə belə izah etdi: “Karyeramda heç vaxt bu qədər zədə ilə qarşılaşmamışam. Məşqçilik dövrümdə ilk dəfə belə hal yaşanır. Ona görə də deyə bilərəm ki, Azərbaycan millisi ilə oyun karyeramda ən çətin qarşılaşmalardan biri olacaq”.

Start heyətini hələ müəyyənləşdirmədiyini deyəın Toşak millimizin futbolçuları haqda da danışıb: “Kardifdəki ilk oyunda sizin qapıçınız və müdafiə xəttiniz gözəl təsir bağışlamışdı. O ki qaldı sabahkı start heyətinə, bunu hələ müəyyənləşdirməmişəm. Çünki özünüz də bilirsiniz ki, heyətlə bağlı çoxlu problemim var. Əsas heyətin əksər üzvləri sabah oynamayacaqlar”.

Daha çox


Son xəbərlər