Tanınmış məşqçilərə A kateqoriyası verildi

Tanınmış məşqçilərə A kateqoriyası verildi
ÖLKƏ FUTBOLU 5 Dekabr 2008 / 12:25 3444
-  A +

Bu gün AFFA-nın inzibati binasında A kateqoriyalı lisenziya kursunu müvəffəqiyyətlə başa vurmuş məşqçilərə müvafiq sertifikatlar təqdim olunub. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, tədbirdə çıxış edən qurumun baş katibi Elxan Məmmədov sertifikat almış bütün məşqçiləri təbrik edib və müxtəlif kateqoriyalı lisenziya əldə etməyə imkan verən kursların keçirilməsini ölkəmizdə futbolun inkişafı naminə görülən işlərin tərkib hissəsi olduğunu bildirib. O, qeyd edib ki, məşqçilərin ixtisasının artırılması üçün gələcəkdə də AFFA tərəfindən kompleks tədbirlər həyata keçiriləcək.
A kateqoriyalı məşqçilik lisenziyası alan məşqçilərdən Şamil Heydərov çıxış edərək AFFA-nın bu istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. O qeyd edib ki, bu kursların keçirilməsi nəticəsində məşqçilərimizin ixtisas artırması üçün başqa ölkələrə üz tutmasına ehtiyac qalmayıb və bu, təqdirəlayiq haldır.
A kateqoriyalı sertifikat almış məşqçilər Nizami Sadıqov, Vaqif Paşayev, Sakit Əliyev, Şamil Heydərov, Ağasəlim Mircavadov, Elşad Xudadatov, Rafiq Bağırov, Əbdülqəni Nurməmmədov, Ramiz Məmmədov, Faiq Əzizov, İslam Kərimov,
Namiq Quliyev, Böyükağa Hacıyev, Əsgər Abdullayev və İlqar Əliyevdir.


 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı