Berti Foqts yenə də futbolçularımızın qeyri-peşəkarlığından gileyləndi

XƏBƏR 5 İyun 2009 / 15:53 2051
-  A +

“Komandamda 2-3 gənc futbolçu var ki, onlar artıq ulduz xəstəliyinə tutulublar. Adlarını çəkməyəcəm. Amma onu deyə bilərəm ki, həmin futbolçular elə düşünürlər ki, artıq futbolda hər bir şeyə nail olublar”. Qol.Az-ın mətbuatına görə, bu sözləri bu gün jurnalistlərlə görüşündə milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı məşqçi futbolçularımızın hələ də peşəkar olmamasından gileylənib: “Həmin futbolçuların potensialları var, öz üzərlərində çalışsalar, gələcəkdə yaxşı futbolçu olacaqlar. Bir sözlə, onların fikirləri, düşüncələri dəyişməlidir. Ümumiyyətlə, futbolçularımda hələ də peşəkarlıq çatmır. Dəfələrlə onlara demişəm ki, məşq etdiyiniz butslarla oyuna çıxmayın. Tapşırmışam ki, qısa dişlı şitləri olan butslar geyinin. Amma əməl edən yoxdur. Deyirlər bizə belə rahatdır”.

 

 

 

 

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"