Klub fanklubları da millini dəstəkləyəcək

Klub fanklubları da millini dəstəkləyəcək
XƏBƏR 5 İyun 2009 / 15:34 2057
-  A +

Bu gün AFFA-nın inzibati binasında Futbol akademiyasının meneceri – AFFA-nın Fan klublarla əlaqələndiricisi Elnur Məmmədov və ölkəmizdə fəaliyyət göstərən “Bakı”, “Neftçi”, “Xəzər-Lənkəran” və “İnter” Fan klublarının nümayəndələri mətbuat nümayəndələri ilə görüşüb. Qol.Az-ın məlumatına görə, E.Məmmədov AFFA ilə Fan klubların birgə fəaliyyəti, Azərbaycan – Uels və Azərbaycan – İspaniya oyunlarına azarkeşlərin cəlb olunması ilə bağlı görülən işlər barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb. Sonda o da məlum olub ki, Uelslə sabahkı qarşılaşmada millimiz dəstəkləmək üçün yuxarıda adları sadalanan hər klubumuzdan 200 azarkeş Respublika stadionuna təşrif buyuracaq.

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"