“Bakı”nın futbolçusu “Olimpik”ə keçidini təkzib etdi

XƏBƏR 4 İyun 2009 / 21:31 1905
-  A +

“Olimpik”ə keçəcəyim barədə deyilənlər yalandır. Karyeramı elə “Bakı”da keçirəcəyəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nın oyunçusu, milli komandamızın keçmiş üzvü Ramazan Abbasov deyib. R.Abbasov bildirib ki, növbəti mövsümdə əsas heyətdəki yerini qaytarmağa çalışacaq: “Bu mövsüm meydana nadir hallarda çıxdım. Amma bundan sonra çalışacağam ki, üzərimdə daha çox işləməklə əsas heyətdəki yerimi qaytarım. Amma nəzərə almaq lazımdır ki, “Bakı”da rəqabət çox güclüdür. Heyətimizdə kifayət qədər yüksəksəviyyəli oyunçular yer alır”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın