Millimizə qarşı oynayan futbolçu “Liverpul”un maraq dairəsindədir

Millimizə qarşı oynayan futbolçu “Liverpul”un maraq dairəsindədir
DÜNYA FUTBOLU 4 İyun 2009 / 21:17 2709
-  A +

İyunun 2-də mili komandamıza qarşı oynayan Türkiyə millisinin üzvü Tuncay Şanlı “Liverpul”un maraq dairəsindədir. Qol.Az-ın “The times”a istinadən verdiyi məlumata görə, son mövsümdə “Middlsbro”nun heyətində uğurlu mövsüm keçirən Tuncayın “Liverpul”a keçid şansı yüksəkdir. Liverpullular çox xərcə düşmədən yaxşı hücumçu əldə etmək istəyirlər. Tuncayın isə qiyməti elə də yüksək deyil. Digər tərəfdən də “Middlsbro” premyer-liqa ilə vidalaşdığından, Tuncay komandanı tərk edcəyini açıqlayıb. Türkiyəli forvard yayılan xəbərə münasibət bildirərkən, “Liverpul”un mənimlə maraqlanması haqda eşitmişəm. Bilirəm ki, hazırda menecerim “Liverpul” rəsmiləriylə danışıqlar aparır. Bu cür möhtəşəm komandaya keçə bilsəm, çox şad olardım” deyib.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı