Arda Turan Bekhemi geridə qoyur

XƏBƏR 5 Dekabr 2008 / 11:56 3215
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası ilin futbolçusunu müəyyənləşdirmək məqsədilə internet sorğunu davam etdirir. Anketdə 58 ölkədən 100 futbolçunun adı var. Anketdə üç türk futbolçusunun - Arda Turan, Hamit Altıntop, Semin Şentürkün də adı var. Sorğunun keçirildiyi bir ayın yekunlarına görə, birinci yeri «Benfika»lı Oskar David Souza tutur.
32-ci sırada yer alan Arda Turan Devid Bekhem, Zlatan İbrahimoviç, Steven Cerard, Tyerri Anri, Frank Riberi kimi futbolçuları geridə qoyur. Semih 59, Hamit isə 69-cu pillədədir.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı