Hazardın döydüyü topdaşıyan uşaq milyonçu çıxdı

Hazardın döydüyü topdaşıyan uşaq milyonçu çıxdı
DÜNYA FUTBOLU 25 Yanvar 2013 / 15:38 4762
-  A +

İngiltərə liqa kubokunun “Svensa”ya qarşı keçirilən matçda “Çelsi”nin ulduz oyunçusu Eden Hazardın təpiklə vurduğu 17 yaşlı topdaşıyan uşağın ölkənin ən zəngin iş adamlarından birinin oğlu olduğu üzə çıxıb.

Qol.A-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, topu Hazarda gec verdiyi üçün futbolçunun fiziki təzyiqinə məruz qalan Çarli Moqanın atası Martin Moqan 42 milyon funt-sterqlinlə İngiltərənin ən varlı 32-ci iş adamıdır. O, otel biznesinin öndəgedən isimlərindəndir.

İngiltərənin “Daily Mail” qəzetinə açıqlama verən milyonçu gəncin dostu Ben Vetkins qeyd edib ki, Çarli futbol tarixinin ən zəngin topdaşıyanıdır. Onun “Svensa”nın çılğın tərəfdarı olduğunu deyən B.Vetkins dostunun pul qazanmaq yox, sadəcə maraq üçün topdaşıyan işlədiyini söyləyib.

Qeyd edək ki, Çarlinin twitter sosial şəbəkəsində paylaşdığı şəkillər onu lüks bir həyat sürdüyünü göstərir. O, Las Veqas və Dubaya səfərləri  zamanı ən bahalı otellərdə qalıb, təyyarəyə bileti yalnız biznes-sinfə alıb. Çarlı bir restoranda qonaqlığa üçün ödədiyi 120 min funt-sterlinqin qəbzini dostlarına göstərib.

İngiltərə mətbuatı bildirir ki, Çarlinin atası oğlunu təpiklədiyi üçün Hazarddan böyük məbləğdə təzminat tələb etməyə hazırlaşır.


Son xəbərlər