Həmyerlimiz Xorvatiyaya qarşı oynamayacaq

Həmyerlimiz Xorvatiyaya qarşı oynamayacaq
XƏBƏR 4 İyun 2009 / 20:51 1979
-  A +

Əslən azərbaycanlı olan Kiyev “Dinamo”sunun və Ukrayna millisinin üzvü Aleksandr Əliyev qarşıdakı oyunlarda milli komandasına kömək edə bilməyəcək. Qol.Az-ın UEFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, gənc futbolçu zədələnib. Bu səbəbdən Əliyev 2-3 həftə yaşıl meydana çıxa bilməyəcək. Həmyerlimiz Ukrayna millisinin dünənki məşqində xəsarət alıb. Bunun da nəticəsində Əliyev iyunun 6-da səfərdə Xorvatiyaya, 4 gün sonra isə Kiyevdə Qazaxıstana qarşı keçiriləcək oyunlarda Ukrayna milli komandasına kömək edə bilməyəcək.

 

Daha çox


Son xəbərlər