Pike: "Kasilyasın yoxluğu hiss olunacaq"

Pike: "Kasilyasın yoxluğu hiss olunacaq"
DÜNYA FUTBOLU 25 Yanvar 2013 / 13:34 3112
-  A +

"Barselona"nın müdafiəçisi Jerard Pike "Real"ın qapıçısı İker Kasilyas haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Pike Kasilyasın zədəli olmasını "Real" üçün böyük itki adlandırıb:

"İker illərdir oyunu ilə adından söz etdirir. O "Real"ın simvoludur. Yoxluğu çox hiss olunacaq. Adan da yaxşı qapıçıdır. Amma Kasilyas komandanın kapitanıdır".

Qeyd edək ki, Kasilyas  İspaniya La Liqasının bir neçə oyununu, həmçinin Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yuneyted”lə görüşlərdə meydana çıxa bilməyəcək. 


Son xəbərlər