Buffon: "Yaxşı ki, "Barselona"ya getməmişəm"

Buffon: "Yaxşı ki, "Barselona"ya getməmişəm"
DÜNYA FUTBOLU 25 Yanvar 2013 / 12:10 3160
-  A +

"Yuventus" klubunun qapıçısı Canluici Buffon 2001-ci ildə "Barselona" dan gələn təklifi qəbul etməyərək doğru seçim etdiyini bildirib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Buffon "Yuventus"a görə "Barselona"dan imtina etdiyini bildirib.

"Bəzən özümdən kariyeram daha fərqli ola bilərdimi soruşuram. Amma "Barselona" nı seçsəydim çox fərqli olardı. Çünki, bu komanda 2001-2006-cı illər heç bir uğur qazanmayıb.5 il boyunca uğur qazanmamaq çətin bir vəziyyətdir. Kariyeramın məni hara gətirdiyinə baxanda peşman olmuram"-deyə o qeyd edib.

Qeyd edək ki, 34 yaşlı təcrübəli qapıçı "Yuventus"la müqaviləsini 2015-ci ilə qədər uzadıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı