Muslera "Barselona" və Mançester Yunaytet"in hədəfində

Muslera "Barselona" və Mançester Yunaytet"in hədəfində
DÜNYA FUTBOLU 25 Yanvar 2013 / 11:31 3336
-  A +

Adı uzun müddət "Çelsi" ilə çəkilən "Qalatasaray"ın qapıçısı Musleraya "Mançester Yunaytet" və "Barselona"nın maraq dairəsinə düşüb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Mançester Yunaytet"in qapıçısının son vaxtlar inamsız çıxışı baş məşqçi Ferqyusonu bu fikrə gətirib.

İspaniyada isə "Barselona"nın qapıçısı Viktor Valdes müqaviləsini uzatmayacağını bildirdikdən sonra klub rəhbərliyi qapıçı axtarışına başlayıb. "El Mundo Depardivo"qəzetinin keçirdiyi sorğuya görə, Muslera namizədlər arasında ikinci yeri tutmaqla Buffon və Çex kimi qapıçıları geridə qoyub.


Son xəbərlər