Gəncə stadionunda yenidənqurma işləri aparılır

XƏBƏR 4 İyun 2009 / 19:42 2107
-  A +

Qarşıdakı mövsümdən birinci divizionda çıxış edəcək “Gəncə”də hazırlıq təkcə klub daxilində deyil, eləcə də komandanın ev oyunlarını keçirəcəyi stadionda da aparılır. Qol.Az-ın Gəncə müxbirinin verdiyi məlumata görə, bazada müəyyən təmir işləri görən klub rəhbərliyi 30 illiyə icarəyə götürdüyü arenanın da vəziyyətini yaxşılaşdırmaq fikrindədir. Bu məqsədlə əvvəlcə meydançanın ot örtüyü yaxşılaşdırılacaq, ardınca isə acınacaqlı vəziyyətdə olan tribunalara da əl gəzdiriləcək. Tribunalara əlavə 11 min plastik oturacaq yerləşdiriləcək. Gəncə şəhər stadionunun köhnə tablosu da yenisiylə əvəz olunacaq, həmçinin arenanın işıqlandırma sistemi yenilənəcək. Bütün təmir-bərpa işlərinin çempionatın startına kimi yekunlaşdırılması nəzərdə tutulub. Klub rəhbərliyi bu müddətədək bütün işlərin yekunlaşacağına əmindir.

Daha çox


Son xəbərlər