Fernando Lorente "Yuventus"la anlaşdı

Fernando Lorente "Yuventus"la anlaşdı
DÜNYA FUTBOLU 24 Yanvar 2013 / 11:47 2501
-  A +

"Atletik"(Bilbao) klubunun hücumçusu Fernando Lorente İtaliyanın son çempionu "Yuventus"la müqavilə imzalamağa hazırlaşır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uzun müddətdir "Atletik"lə danışıqlar aparan "Yuventus", nəhayət, hücumçunun keçidi ilə bağlı razılığa gəlib. Futbolçu özü illik 4.5 milyon avro qarşılığında "Yuventus"a keçməyə razı olub.

Qeyd edək ki, "Yuventus" hələ ötən il Lorenteni heyətinə qatmaq istəsə də, şərtlərdə razılığa gəlməmişdilər.


Son xəbərlər