Inyesta milli komandamıza qarşı oynaya bilər

Inyesta milli komandamıza qarşı oynaya bilər
ÖLKƏ FUTBOLU 4 İyun 2009 / 18:33 2945
-  A +

“Barselona”nın və İspaniya milli komandasının yarımmüdafiəçisi Andres İnyestanın yenidən milli komandamıza qarşı oynamaq şansı yaranıb. Halbuki Çempionlar Liqasının final qarşılaşmasında zədə alan İnyestanın iyunun 9-da Bakıda keçiriləcək Azərbaycan - İspaniya oyununu buraxacağı bildirildi. Qol.Az-ın “Goal” nəşrinə istinadən verdiyi məlumata görə, bu gün təcrübəli yarımmüdafiəçi yenidən İspaniya millisinin düşərgəsinə qoşulub. Bununla belə, İnyestanın Bakıya gələcəyi hələ də dəqiq deyil. Futbolçu haqda yekun qərar sabah veriləcək. Sonuncu dəfə həkim müəyinəsindən keçəcək İnyestanın paytaxtımıza gəlib-gəlməyəcəyi, həmçinin Konfedrasiya kubokunda iştirak edib-etməyəcəyi bundan sonra dəqiqləşəcək.

Daha çox


Son xəbərlər