Qus Hiddink: “Mən hesab etmirəm ki, biz Azərbaycana qarşı pis oynadıq”

Qus Hiddink: “Mən hesab etmirəm ki, biz Azərbaycana qarşı pis oynadıq”
ÖLKƏ FUTBOLU 4 İyun 2009 / 18:00 2383
-  A +

“Mən başa düşə bilmirəm ki, bizi niyə tənqid edirlər. Hesab edirəm ki, Rusiya milli komandası son zamanlar - Azərbaycan və Lixtenşteynlə oyunlarda heç də pis oynamadı”. Qol.Az-ın “Sport-Eksperss”ə istinadən verdiyi məlumata görə, bu sözləri dünya çempionatının seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib. Hollandiyalı mütəxəssis bildirib ki, futbolda əsas olan nəticədir və onu da Rusiya millisi qazanmağı bacarır: “Tarixdə nəticə qalır. Hansı ki, biz Azərbaycan və Lixtenşteynlə oyunları maksimum nəticə ilə başa vurduq. Onsuz da narazılıq etmək istəyən adam, həmişə bir şey tapacaq. Əlbəttə, mən də istərdim ki, Lixtenştenylə oyunda biz 4 və ya 5 qolla qalib gələk. Amma alınmadı. Bununla belə, əsas tapşırıq 3 xal qazanmaq idi ki, onun da öhdəsindən gəldik”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı