«Xəzər-Lənkəran»ın prezidenti Rövnəq Abdullayevə müraciət etdi

XƏBƏR 5 Dekabr 2008 / 11:17 3275
-  A +

“Xəzər Lənkəran” Futbol Klubunun prezidenti Mais Mənsimov “Simurq” - “Xəzər Lənkəran” oyunundakı məlum hakim qalmaqalıyla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. Məktubda həmin matçı idarə edən hakimlər briqadasının kobud səhvlərə yol verdiyi bildirilib: «Son zamanlar hakim səhvlərinin çoxalması bizdə Zaqataladakı oyunun baş hakimin qərəzli olması barədə şübhələr oyadıb və biz AFFA Nizam-İntizam Qaydalarına görə “Oyun nəticəsinin ləğvi”ni eyni zamanda hakimlərin layiqli cəza almasını tələb etmişik. Lakin oyunun hakim-inspektoru Əhmədağa Cabbarov Qədiyevin idarəçiliyini 7.9 balla qiymətləndirməsi, ümumiyyətlə haqqımızın tapdanması oldu. Təəssüf ki, Azərbaycan Peşəkar Futbol Liqası (APFL), Hakim-İnspektorlar və Hakimlər Komitəsinin bütün etirazlar və dəlillərimizə baxmayaraq, inadla hakimləri müdafiə etməsi biz də belə təəssurat oyatdı ki, Azərbaycan futbolunda ədaləti Sizdən başqa kimdənsə istəmək mənasızdır».
Məktubda vurğulanıb ki, hakimliyin problemlərini süni şəkildə ört-basdır etmək istəyən bəzi rəsmilər bütün olanlara və onların təqdim etdiyi dəlillərə baxmayaraq, inadından dönməyiblər: «Biz bütün ittihamlarımızı geri götürüb yalnız bir şeyə nail olmaq istəyirik. Hakimlər layiq olduqları qiymətləri almalıdırlar və hakim-inspektorlar onların qiymətlərini süni şəkildə artırmamalıdırlar».
M.Mənsimov Rövnəq Abdullayevdən məsələylə bağlı mövqeyini açıqlamağı, klubun hüququnun tapdanmasına imkan verməməyi xahiş edib.


Son xəbərlər