Robinyo “Fənərbaxça” yolunda

Robinyo “Fənərbaxça” yolunda
DÜNYA FUTBOLU 22 Yanvar 2013 / 13:25 3970
-  A +

Türkiyənin “Fənərbaxça” klubu “Milan”ın braziliyalı hücumçusu  Robinyonu heyətinə qatmaq üzrədir.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, əvvəl Robinyonun qarşılığında 10 milyon avro istəyən “Milan” “Fənərbaxça” nın 8 milyonluq təklifi ilə razılaşıb. Futbolçu özü isə 2 gün möhlət istəyib.  “Fənərbaxça”   Robinyoya  ilinə 3 milyon 250 min avro təklif edib.

Qeyd edək ki, daha əvvəl “Real Madrid” və “Mançester Siti”nin də formalarını geyinən Robinyo “Milan”da 74 matçda 22 qol vurub.


Son xəbərlər