Uruqvayda futbol dayandı

Uruqvayda futbol dayandı
DÜNYA FUTBOLU 18 Yanvar 2013 / 18:52 4073
-  A +

Uruqvay Futbol Federasiyası (UFF) qarşıdakı 10 günə nəzərdə tutulmuş bütün oyunları təxirə salıb.

Qol.Az-ın məlumatına görə, buna ölkə futbolunda yaşanan şiddət səbəb olub.

Belə ki, çərşənbə günün keçirilən "Nasional" - "Penarol" matçında qalmaqal yaşanmışdı. "Penarol"un 1:0 hesablı qələbəsini həzm edə bilməyən meydan sahiblərinin azarkeşləri hakimlərə və oyunçulara qarşı təzyiq ediblər.

Hadisəyə müdaxilə edən polislərdən də bir neçəsi ağır xəsarət alıb. Bunu nəzərə alan UFF ölkə futbolunda baş tutacq bütün oyunları təxirə salıb. Federasiya eyni zamanda vəziyyətin düzəlməyəcəyi təqdirdə oyunların bərpa olunmayacağını açıqlayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı