Lionel Messi bu dəfə üçüncü oldu

Lionel Messi bu dəfə üçüncü oldu
DÜNYA FUTBOLU 15 Yanvar 2013 / 18:52 4700
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) geridə qalan 2012-ci ilin ən yaxşı pleymeykerlərin adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, 15 futbolçunun yer aldığı siyahıda "Barselona" və "Real" (Madrid) klubları hərəyə 3 oyunçu ilə təmsil olunublar.

Lakin ilk "3"lükdə "Barselona"nın hegemonluğu nəzərə çarpır. Belə ki, ötən ilin ən yaxşısı Andres İniyesta (146 xal) olduğu halda, Xavi Hernandez (128) ikinci, Lionel Messi isə (98) isə üçüncü olub.

"Yuventus"un pleymeykeri Andrea Pirlo 87 xalla dördüncü, "Real"ın türk əsilli futbolçusu Məsut Özil 43 xalla beşinci pillədə qərarlaşıb. Madrid təmsilçisinin ulduzu Kriştiano Ronaldo isə 34 xalla altıncı pilləyə sahib çıxıb.

Qeyd edək ki, ötən mövsüm Avroliqanın bombardiri olan "Atletiko" (Madrid) klubunun hücumçusu Radamel Falkao siyahıda sonuncu olub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı