Cüneyt Çakır dünyada ikinci oldu

Cüneyt Çakır dünyada ikinci oldu
DÜNYA FUTBOLU 15 Yanvar 2013 / 03:05 3728
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2012-ci ilin ən yaxşı hakimlərinin adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, 15 referinin yer aldığı siyahıda Türkiyəni bir hakim təmsil edir.

Siyahıya isə portuqaliyalı Pedro Proensa başçılıq edir. Gərgin rəqabətdə Proensa 174 xalla bütün rəqiblərini qabaqlayıb. Türkiyəli Cüneyt Çakır 73 xalla ikinci, ingilis Hovard Vebb isə 72 xalla üçüncü olub.

Qeyd edək ki, növbəti pillələri müvafiq olaraq Viktor Kaşşai (Macarıstan), Volfqanq Ştark (Almaniya) və Rövşən İrmatov (Özbəkistan) tutublar.


Son xəbərlər