"Qalatasaray" Bülent Korkmazla yollarını ayırdı

"Qalatasaray" Bülent Korkmazla yollarını ayırdı
DÜNYA FUTBOLU 3 İyun 2009 / 15:09 2634
-  A +

"Qalatasaray" bu gün rəsmi şəkildə baş məşqçi Bülent Korkmazla yollarını ayırıb. Qol.Az-ın Fanatik-ə istinadən verdiyi məlumata görə, bu gün klubun ofisinə baş çəkən gənc məşqçiyə bildirilb ki, o vəzifəsindən kənarlaşdırılır. "Qalatasaray"ın yeni çalışdırıcısının adı hələ məlum deyil.
Xatırladaq ki, Korkmaz "Qalatasaray"a Mixael Skibbenin gedişindən sonra gətirilmişdi. Onun rəhbərliyi altında "Cim-bom" superliqada 12, avrokuboklarda isə 3 oyun keçirib. 15 matçın 7-də qalib gələn "Qalatasaray" 4 görüşdə meydandan heç-heçə, 4 dəfə isə məğlubiyyətlə ayrılıb. Bu oyunlarda 19 qol vuran komanda öz qapısında 17 top görüb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord