«Neftçi»nin rəhbərliyi azarkeşlərə vəd verdi

XƏBƏR 4 Dekabr 2008 / 20:10 3557
-  A +

“Neftçi” hazırda turnir cədvəlində layiq olmadığı yerdə qərarlaşıb. Amma əminəm ki, qış fasiləsində səviyyəli futbolçularla güclənəcək komandamız ikinci dövrədə uğurlu nəticə göstərib mövsümü yuxarı pillələrdə başa vuracaq». Qol.Az-ın məlumatına görə, bu sözləri Bakının «Neftçi» klubunun vitse-prezidenti İlqar Quluzadə klub rəhbərliyi, inzibati heyət, məşqçilər korpusu və futbolçularla görüşündə bildirib. Onun sözlərinə görə, «Neftçi» ilk dövrədə zəif çıxış etsə də, komandada ab-hava olduqca yüksəkdir: “Neftçi”də yalnız mehribançılıq müşahidə olunur. Buna görə komandamızın bütün üzvlərinə minnətdaram”.
Baş məşqçi Hans-Yürgen Gede əsas məqsədin ikinci dövrəni yüksək səviyyədə keçirməklə yanaşı, ölkə kubokunu qazanmaq olduğunu bildirib. Futbolçulardan Rail Məlikovla serb qapıçı Vladimir Miçoviç də söz alaraq, kuboku qazanmaqdan əlavə “Neftçi”nin ikinci dövrədə çox yaxşı oynayacağını deyiblər.

 

 


Son xəbərlər