Ramin Musayev: «Görsəm ki, yerli referilər qərəzli mövqe tutub, onların əcnəbilərlə əvəzlənməsini ilk növbədə mən istəyəcəm"

XƏBƏR 4 Dekabr 2008 / 20:02 3226
-  A +

"Mən Hakimlər Komitəsinin sədri deyiləm, Peşəkar Futbol Liqasının prezidentiyəm. Ancaq hakimlərin işinə nəzarət üzərimə düşür. Əgər görsəm ki, yerli referilər qərəzli mövqe tutub komandaları uduzdururlar, klub rəhbərlərindən əvvəl onların əcnəbilərlə əvəzlənməsini ilk növbədə mən istəyəcəm". Bu sözləri Qol.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «Bakı»nın vitse-prezidenti Zeynal Məmmədovun ikinci dövrədə hakimliyin səviyyəsinin düzəlməyəcəyi halda Azərbaycan futbolunda böyük qalmaqalların olacağı fikirlərinə münasibət bildirərkən deyib.

R.Musayev klubların əbəs yerə pul xərclənməsinin tərəfdarı olmadığını bildirib: "Klublar milyonlarla pullar xərcləyir. Mən də əvvəlcə komandada əziyyət çəkmişəm. Heç vaxt istəmərəm ki, klubların çəkdiyi zəhmətlər hədər getsin".

PFL prezidenti hakimliklə bağlı "Xəzər-Lənkəran"ın AFFA prezidenti Rövnəq Abdullayevə müraciəti məsələsinə də münasibət bildirib: "Allah, cansağlığı versin. Nə fərqi var?! Mən biləni onlar deməyiblər ki, Ramin Musayevə inanmırıq".


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı