İngiltərə Federasiya kuboku: "Çelsi" və "Mançester Siti" növbəti mərhələdə

İngiltərə Federasiya kuboku: "Çelsi" və "Mançester Siti" növbəti mərhələdə
DÜNYA FUTBOLU 6 Yanvar 2013 / 00:55 3708
-  A +

Bu gün İngiltərə Federasiya kubokunda (FA) III turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 29 oyun baş tutub.

Doğma meydanda "Uatford"la qarşılaşan "Mançester Siti" rəqibinə heç bir şans verməyib. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan "şəhərlilər" növbəti mərhələyə adlayıb.

Səfərdə "Sauzhempton"un qonağı olan "Çelsi" rəqibini darmadağın edib. Fasiləyə 2:1 hesabı ilə üstün yollanan "zadəganlar" ikinci hissədə daha 3 dəfə fərqləniblər - 5:1.

"Mançester Yunayted" klubu səfərdə "Vest Hem"in müqavimətini qıra bilməyib. Hərəyə iki dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıblar - 2:2. Bu komandalar arasında cavab matçı "Old Traford" stadionunda baş tutacaq. 

Qeyd edək ki, FA kubokunda III turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.

 


 

 

5 yanvar

İngiltərə Federasiya kuboku, III tur

"Brigton" - "Nyukasl" - 2:0

"Aston Villa" - "İpsviç" - 2:1

"Fulhem" - "Bləkpul" - 1:1

"Barnsli" - "Börnli" - 1:0

"Mançester Siti" - "Uatford" - 3:0

"Derbi" - "Tranmere" - 5:0

"Millvoll" - "Preston" - 1:0
 
"Leyçester"
- "Barton" - 2:0
 
"Uiqan" - "Bournemous" - 1:1

"Tottenhem" - "Koventray" - 3:0
 
"Kroli" - "Ridinq" - 1:3

"Kristal Palas" - "Stok Siti" - 0:0

"Alderşot" - "Roterhem" - 3:1
 
"Makklesfild"
- "Kardiff" - 2:1
 
"Oksford" - "Şeffild Yunayted" - 0:3

"Sauzend" - "Brentford" - 2:2

"Middlesbro" - "Hastings" - 4:1

"Hall Siti" - "Leyton Orient" - 1:1

"Şeffild Vednsdey" - "Milton Keynes Dons" - 0:0
 
"Bolton" - "Sanderlend" - 2:2

"Peterboruq" - "Norviç" - 0:3

"Kvins Park Reyncers" - "Vest Bromviç" - 1:1

"Nottingem Forest" - "Oldhem" - 2:3

"Bləkbörn" - "Bristol Siti" - 2:0

"Luton" - "Volverhempton" - 1:0

"Lids" - "Birminghem" - 1:1

"Sauzhempton" - "Çelsi" - 1:5

"Çarlton" - "Haddersfild" - 0:1
 
"Vest Hem" - "Mançester Yunayted" - 2:2

 


6 yanvar

"Suonsi" - "Arsenal"
 
"Mansfild" - "Liverpul"

 

7 yanvar

"Çeltenhem" - "Everton"


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord