«Qurdlar vadisi - pusu»nun qəhrəmanı futbolçu çıxdı (FOTO)

XƏBƏR 2 İyun 2009 / 18:18 2852
-  A +

Məşhur «Qurdlar vadisi - pusu» serialının qəhrəmanlarından olan, ötən seriyaların birində yandırılan Yıldırım obrazının ifaçısı Eray Türk futbolçudur. Eray teatr aktyoru olmaqla bərabər həvəskar komanda «Sitespor» klubunun üzvüdür. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Eray Türk əvvəllər Anadolu klublarından birində də çıxış edirmiş. O zaman Erayın futbolçu kimi istedadını görən «Qaziantepspor» klubu onu transfer etmək istəyib. Amma klub Eraya görə yüksək məbləğdə pul tələb etdiyindən transfer baş tutmayıb.
Türkiyə mediası Erayın futbolla yaşadığını da yazıb.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər