2012-ci ilin ən yaxşı qapıçıları bəlli oldu

2012-ci ilin ən yaxşı qapıçıları bəlli oldu
DÜNYA FUTBOLU 4 Yanvar 2013 / 12:48 4177
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) geridə qalan 2012-ci ilin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, siyahıda 8 qapıçı yer alıb.

Son dünya və Avropa çempionu İspaniya millisinin qolkiperi İker Kasilyas yenidən birinci olub. "Real" (Madrid) klubunun qapıçısı 224 xalla bütün rəqiblərini qabaqlayıb.

İtaliya yığması və "Yuventus"un əlcək sahibi Canluici Buffon 128 xalla ikinci, "Çelsi"nin çexiyalı qapıçısı Peter Çex isə 92 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, digər pillələri müvafiq olaraq Manuel Noyer ("Bavariya", Almaniya), Co Hart ("Mançester Siti, İngiltərə), Viktor Valdez ("Barselona", İspaniya), Kassio Romos ("Korintias", Braziliya), Samir Handanoviç ("İnter", Sloveniya) və Hüqo Lloris ("Tottenhem", Fransa) tutublar.


Son xəbərlər