"Real"dan Ronaldoya yeni təklif

"Real"dan Ronaldoya yeni təklif
DÜNYA FUTBOLU 3 Yanvar 2013 / 16:33 5329
-  A +

"Real" (Madrid) klubunun rəhbərliyi Kriştiano Ronaldonu komandada saxlamaqda israrlıdır.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, bu məqsədlə rəhbərlik portuqaliyalı futbolçuya əvvəlcə ilinə 15 milyon avro təklif edib.

Hazırda "Real"da ilinə 12 milyon avro qazanan Ronaldo bu rəqəmlə razılaşmayıb. Belədə Madrid təmsilçisi məbləği bir qədər də artıraraq 18 milyon avroya çatdırıb. 27 yaşlı futbolçunun bu təklifi qəbul edəcəyi gözlənilir. Lakin rəhbərlik Ronaldonun komandada qalacağı təqdirdə klubun digər futbolçusu Kakanın illik gəlirində (10 milyon avro) endirimə gedəcəyini açıqlayıb.

Qeyd edək ki, daha öncə "Real"da xoşbəxt olmadığını dilə gətirən Ronaldonun yenidən İngiltərə Premyer Liqasına qayıdacağı iddia olunur.


Son xəbərlər