“Qalatasaray” braziliyalı futbolçu ilə yolları rəsmən ayırdı

“Qalatasaray” braziliyalı futbolçu ilə yolları rəsmən ayırdı
DÜNYA FUTBOLU 2 Yanvar 2013 / 20:14 4380
-  A +

İstanbulun “Qalatasaray” klubu bu mövsümün əvvəlində Fransa “Lion”undan heyətində cəlb etdiyi braziliyalı Krislə yolları ayırıb.

Qol.Az-ın xəbərinə görə, bu haqda klubun rəsmi saytında yer alan açıqlamada bildirilib. Qeyd edilib ki, 35 yaşlı müdafiəçi Kristiano Qomeslə müqavilə qarşılıqlı olaraq ləğv edilib.

Qeyd edək ki, İstanbul təmsilçisi Krislə bir illik müqavilə bağlamışdı. Müqavilənin dəyəri 1 milyon 250 milyon avro təşkil edirdi. Kris hər oyuna görə isə 10 min avro alırdı. 


Son xəbərlər