Venger: “Anri “Arsenal”ın oyunçusu olmayacaq”

Venger: “Anri “Arsenal”ın oyunçusu olmayacaq”
DÜNYA FUTBOLU 2 Yanvar 2013 / 11:21 3067
-  A +

“Arsenal”ın baş məşqçisi Arsen Venger “Nyu-York Redd Bullz”da çıxış edən Tyerri Anrinin icarə qaydasında komandasına transferini istisna edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, Anrinin istirahətdən yeni qayıtdığı üçün hələ formada deyil.

“Onun yanvar ayında “Arsenal”a transferi baş tutmayacaq. Hazırda bununla bağlı məsələ müzakirə olunmur” – deyə o bildirib.

Qeyd edək ki, uzun illər “Arsenal”da oynayan Anri növbəti Amerika çempionatına keçmiş komandasında hazırlaşacaq.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord