“Qvardiola futbola yeni heç nə gətirməyib”

“Qvardiola futbola yeni heç nə gətirməyib”
DÜNYA FUTBOLU 1 Yanvar 2013 / 11:26 4609
-  A +

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Deku Joze Mourinyonu dünyanın ən yaxşı məşqçisi sayır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, Xosep Qvardiola dünya futboluna yeni heç nə gətirməyib.

“Mourinyo dünyanın ən güclü məşqçisidir. O, işlədiyi hər yerdə mükafat qazanıb ki, bu da asan deyil. Qvardiolaya gəlincə, onunla “Barselona”da işləmişəm. Pep yaxşı məşqçidir, amma futbola yeni nəsə verməyib. Hazırkı “Barselona” Messinin gəlişi istisna olmaqla, mənim oynadığım vaxtlarımdakı komandadan fərqlənmir” – deyə o qeyd edib.


Son xəbərlər