Məsut Özil Almaniyanın ən yaxşı futbolçusu seçildi

Məsut Özil Almaniyanın ən yaxşı futbolçusu seçildi
DÜNYA FUTBOLU 29 Dekabr 2012 / 01:55 2996
-  A +

İspaniyanın “Real” (Madrid) klubunda çıxış edən türk əsilli yarımmüdafiəçi Məsut Özil şərəfini qoruduğu Almaniyada 2012-ci ilin ən yaxşı futbolçu seçilib.

Qol.Az-ın məlumatına görə, Almaniya Futbol İttifaqının keçirdiyi sorğuda Özil 33 faiz səs yığıb.
 
İkinci yeri İtaliya “Latsio”sunun hücumçusu Miroslav Kloze tutub. O, 14 faiz səs yığıb. Üçüncü yerə isə Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Marko Roys layiq görülüb.
 
Qeyd edək ki, səsvermədə 5000 nəfər iştirak edib.

Son xəbərlər