Lionel Messinin ən çox fərqləndiyi zonalar (FOTO)

Lionel Messinin ən çox fərqləndiyi zonalar (FOTO)
DÜNYA FUTBOLU 29 Dekabr 2012 / 01:09 3565
-  A +

Başa çatmaq üzrə olan 2012-ci il "Barselona" klubunun hücumçusu Lionel Messi üçün bir sıra rekordlarla yadda qalıb.

Qol.Az-ın məlumatına görə, La Liqanın XVII turu çərçivəsində səfərdə "Valyadolid"lə görüşdə (3:1) dubl edən Messi qollarının sayını 91-ə çatdırıb.

Daha öncə Almaniya futbolunun canlı əfsanəsi Gerd Müllerin 85 qolluq rekordunu təzələyən argentinalı futbolçu 2012-ci ili 91 qolla başa vurub. Bununla da, yeni dünya rekordunu müəyyənləşdirən ulduz futbolçu bu qollardan 79-nu "Barselona"da vurduğu halda, 12-nə Argentina millisində imza atıb.

Messinin rəqib qapılarına ən çox yol tapdığı zonalar da müəyyənləşib. Belə ki, 25 yaşlı futbolçu qollarının əksəriyyətini cərimə meydançasının içindən və azacıq kənarından vurub. Daha çox sol ayağı ilə fərqlənən Messi bəzən başla da dəqiq oynayıb. Messinin ən çox fərqləndiyi zonaların fotoqrafını təqdim edirik:




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı