“Fənərbaxça”nın yeni baş məşqçisinin adı məlum oldu

“Fənərbaxça”nın yeni baş məşqçisinin adı məlum oldu
DÜNYA FUTBOLU 2 İyun 2009 / 12:24 2773
-  A +

Mövsüm başa çatdıqdan sonra Luis Araqoneslə yollarını ayıran “Fənərbaxça”nın bu gün yeni baş məşqçisinin adı məlum olub. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “İstanbul nəhəng”ini bundan sonra almaniyalı Kristof Daum çalışdıracaq. “Fənərbaxça”nın prezidenti Aziz Yıldırımın oğlu Ali bu gün Malyorkada istirahət edən Daumla göprüşərək, onun razılığını alıb. Son çalışdığı “Köln”də ilə 2,4 milyon avro alan Daumun “Fənərbaxça” ilə ilinə 3,5 milyon avroya razılaşdığı deyilir.
Daum Türkiyə üçün heç də yad məşqçi deyil. O 1994-1996 və 2001-2002-ci illərdə “Beşiktaş”ı, 2003-2006 ilində isə “Fənərbaxça”nı çalışdırıb. Almaniyalı məşqçi 1 dəfə “Beşiktaş”ı, 2 dəfə isə köhnə-yeni klubu “Fənərbaxça”nı çempion edib.


 


Son xəbərlər