İniyesta: "Vilya "Barselona" üçün vacib oyunçudur"

İniyesta: "Vilya "Barselona" üçün vacib oyunçudur"
DÜNYA FUTBOLU 29 Dekabr 2012 / 00:01 2773
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Andres İniyesta komanda yoldaşı David Vilyanın klubdan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran İniyesta Vilyanın "Barselona" üçün vacib oyunçu olduğunu və komandadan ayrılacağına inanmadığını vurğulayıb:

"Vilyanın qışda hansısa bir komandaya transfer olunacağına inanmıram. Məncə, belə ehtimal da yoxdur. Çünki Vilya bizim üçün çox vacib futbolçudur. Ümid edirəm ki, o yoluna bizimlə davam edəcək".

Qeyd edək ki, son turlar "Barselona"nın əsas heyətindən kənarda qalan Vilya ilə "Yuventus" və "Liverpul" klubları yaxından maraqlanır.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın