Ukrayna çempionatının ən yaxşı oyunçusu Azərbaycana gələcək

XƏBƏR 4 Dekabr 2008 / 19:31 3261
-  A +

Noyabr ayı üçün Ukrayna çempionatının ən yaxşı oyunçusu seçilən «Qarabağ»ın keçmiş futbolçusu Sergey Kravçenko klubun rəsmi saytına açıqlama verib. Hazırda Poltavanın «Vorskla» klubunda çıxış edən Kravçenko bildirib ki, keçmiş komandasının oyununu internet vasitəsilə izlədiyini vurğulayıb: «Məmnunam ki, «Qarabağ» son turlar uğurlu çıxış edir. Vaxt edib Azərbaycana gəlməyi planlaşdırıram. Köhnə dostlarımı görmək, Bakını yenidən gəzmək çox istərdim».
Kravçenko hazırkı durumu barədə də məlumat verib: "Mövsümöncəsi çox uğursuz zədə aldım və yalnız iki ay öncə özümə gələ bildim. Keçən ay iki qol vurdum, iki qolun ötürməsini verdim. İndi hər şey qaydasındadır və yanvardan Kiyev "Dinamo"sunda oynayacam. İyunda müqavilə bağlasam da, yarım mövsüm indiki komandamın şərəfini qoruduğum üçün məmnunam. Amma "Dinamo" əlbətdə başqa həyatdır".


 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi