2012-ci ilin ən yadda qalan futbol hadisələri

2012-ci ilin ən yadda qalan futbol hadisələri
DÜNYA FUTBOLU 28 Dekabr 2012 / 03:28 3308
-  A +

FİFA başa çatmaqda olan 2012-ci ilin ən yadda qalan futbol hadisələrini müəyyənləşdirib.

Qol.Az-ın məlumatına görə, siyahıda 12 ən maraqlı futbol hadisə qeyd olunub.



Həmin hadisələrin siyahısı belədir:

1. Zambiya millisinin Afrika kubokunun qalibi olması.

2. İngiltərə Federasiya kuboku (FA) çərçivəsində keçirilən "Tottenhem" - "Bolton" matçında qonaqların futbolçusu Fabrise Muambanın qəfildən ürəyinin dayanması və onun kliniki ölüm keçirməsi.

3. "Mançester Siti" klubunun hücumçusu Serxio Aqueranın vurduğu qolla komandasına İngiltərə çempionluğu qazandırması.

4. Çempionlar Liqasının qazanılmasında böyük pay sahibi olan Didye Droqbanın "Çelsi"dən ayrılması.

5. Taiti millisinin Okeaniya çempionu olması.

6. Şotlandiya nəhəngi "Qlazqo Reyncers"in iflasa uğraması və aşağı liqaya yuvarlanması.

7. "Avro-2012"nin 1/4 finalında İtaliya millisinin aparıcı futbolçusu Andrea Pirlonun İngiltərə yığmasının qapısına vurduğu "Panenka" penaltisi.

8. İspaniya yığmasının ardıcıl ikinci dəfə Avropa çempionu olması.

9. Futbol üzrə ABŞ-ın qadınlardan ibarət yığmasının olimpiya çempionluğunu qazanması.

10. Yoldaşlıq görüşündə İsveç millisinin hücumçusu Zlatan İbrahimoviçin İngiltərə yığmasına 4 qol (poker) vurması.

11. "Barselona"nın hücumçusu Lionel Messinin yeni dünya rekordunu (bir il ərzində ən çox qol vuran futbolçu - 91 qol) müəyyənləşdirməsi. 

12. Braziliyanın "Korintias" komandasının klublararası dünya çempionatının qalibi olması.



Son xəbərlər