Fergüsson: “Van Persi ölə bilərdi” (VIDEO)

Fergüsson: “Van Persi ölə bilərdi” (VIDEO)
VİDEO 24 Dekabr 2012 / 11:34 3597
-  A +

İngiltərənin “Mançester Yuneyted” klubunun baş məşqçisi Aleks Fergüsson Premyer Liqanın 18-ci turunda “Suonsi”yə qarşı keçirilən oyundan (1:1) sonra rəqibin müdafiəçisi Eşli Uilyamsın uzun müddətə futboldan kənarlaşdırılmasını tələb edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Fergüsson deyib ki, Uilyamsın hərəkəti “MY”nun hücumçusu Robin van Persinin həyatı üçün təhlükə yaradıb.

Qeyd edək ki, görüşün ikinci hissəsində hollandiyalı oyunçu Natan Dayerin qaydanı pozmasından sonra yerə yıxılıb. Bu zaman Uilyams yaxın məsafədən topa qüvvətli zərbə endirib. Nəticədə top van Persinin başına dəyib. Bundan sonra hər iki oyunçu arasında meydançada münaqişə yaşanıb.

“Van Persinin bəxti gətirib ki, həmin epizoddan sonra həyatda qalıb. Futbolçunun rəqibinə qarşı belə hərəkəti bağışlanılmazdır. Uilyamsa sarı vərəqə göstərilməsinə baxmayaraq, İngiltərə Futbol Assosiasiyası bu futbolçunu uzun müddətə diskvalifikasiya etməlidir. Mən uzun illər idi, futbolda insan həyatı üçün belə təhlükəli vəziyyət görməmişdim. Açıq-aşkar görünür ki, bu, qəsdən edilmiş hərəkətdir. Fit səslənib oyun dayansa da, Uilyams topa bilərəkdən zərbə endirdi. Van Persi həqiqətən də ölə bilərdi” – deyə Fergüsson bildirib.




Son xəbərlər