“Çelsi”nin yeni baş məşqçisinin adı məlum oldu (FOTO)

“Çelsi”nin yeni baş məşqçisinin adı məlum oldu (FOTO)
DÜNYA FUTBOLU 1 İyun 2009 / 16:04 2711
-  A +

Rusiya milli komandasına başçılıq edən Qus Hiddinkin “Çelsi”dəki günləri başa çatıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün “Çelsi”nin yeni çalışdırıcısını adı məlum olub. Bu postu gözlənildiyi kimi dünən “Milan”la yollarını ayıran Karlo Ançelotti tutub. Italyan mütəxəssis vəzifəsinin icrasına iyulun ilk günündən başlayacaq. Lakin müqavilənin müddəti barədə açıqlama verilməyib. 

“Zadəganlar”ın yeni çalışdırıcısı klubun televiziya kanalına verdiyi açıqlamada deyib: “Mənim üçün dünyada ən önəmli turnir UEFA Çempionlar Liqasıdır. “Çelsi” ilə birgə bu kuboku qazanmağı çox istəyirəm. “Çelsi” 6 ildə 5 dəfə yarımfinala yüksəlsə də, kuboku qazana bilməyib. İndi artıq kuboku qazanmaq vaxtıdır”.

Xatırladaq ki, Ançelotti “Milan”la birgə 2 dəfə Çempionlar Liqasını, 2 dəfə Avropa Superkubokunu, 1 dəfə Qitələrarası kuboku, 1 dəfə İtaliya çempionatını, 1 dəfə İtaliya kubokunu və 1 dəfə də İtaliya superkubokunu qazanıb.


Son xəbərlər