Mourinyo: “Barselona” hər zaman mənim qəlbimdə olacaq” (VİDEO)

VİDEO 20 Dekabr 2012 / 12:38 3901
-  A +

Madrid “Real”nın baş məşqçisi Joze Mourinyo ilə “Barselona” arasında söz atışması davam etdiyi bir vaxtda maraqlı bir video ortaya çıxıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu video 1997-ci ildə çəkilib. O zaman “Barselona”da köməkçi məşqçi vəzifəsində çalışan Mourinyo azarkeşlər önündə çıxışında bu komandaya sevgisindən danışır.

“Barselona” bu gün də, sabah da, bir sözlə, hər zaman mənim qəlbimdə olacaq” – deyə o qeyd edir.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın