"Əskişəhərspor" - "Bursaspor": kimin seriyası qırılacaq?

ETOPAZ 14 Dekabr 2012 / 14:46 2590
-  A +

Avropada hökm sürən qarlı-şaxtalı hava səbəbindən təxirəsalmalar və bəzi ölkə çempionatlarında qış tətilinin başlaması www.etopaz.az-ın bu dəfəki həftəsonu proqramına təsirini göstərib. Belə ki, əvvəlki cümə proqramlarıyla müqayisədə bu dəfə www.etopaz.az müştərilərinə nisbətən az - 43 oyun təqdim olunur.

Onların sırasında bizim milli çempionatın maraqla gözlənilən qarşılaşması - "Xəzər Lənkəran" - "Neftçi" görüşü də var. Saat 16-da başlanacaq "böyük oyun"da şanslar təxmiən bərabər qiymətləndirilir, sadəcə "Xəzər Lənkəran" meydan sahibi olduğundan www.etopaz.az bu komandaya cüzi üstünlük verib. Bugünkü görüşdə lənkəranlıların qələbə əmsalı 2.35, "Neftçi"nin zəfəri isə 2.55-dir. Heç-heçə isə nəticəni düzgün müəyyənləşdirənlərə 3 dəfə artıq qazandıracaq.

Statistikaya önəm verən www.etopaz.az müştərilərinin nəzərinə çatdıraq ki, "Neftçi" son illərdə bir qayda olaraq Lənkəran səfərində qələbə qazana bilmir. Görək, "Xəzər" öz "evində" məğlubedilməzliyini davam etdirə biləcəkmi? Onu da qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması "üçlü oyunlar" kateqoriyasına aid olduğundan etopaz.az-çılar bu görüşə tək mərc edə bilməz. Lənkərandakı matç da daxil olmaqla kuponda azı 3 qarşılaşma yer almalıdır. Və yaxud proqramdakı "tək oyun"lardan birini "Xəzər Lənkəran" - "Neftçi" görüşüylə bir kuponda birləşdirib proqnoz vermək olar.

Həmin "tək oyun"lar Türkiyə superliqasının "Əskişəhərspor" - "Bursaspor" və Fransa liqasının "Renn" - "Valensyen" görüşləridir. Saat 22-də başlanacaq "Əskişəhərspor" - "Bursaspor" matçında meydan sahibləri favorit sayılır. 2009-cu ildən bu yana öz meydanında Bursa təmsilçisinə uduzmayan "Əskişəhərspor"un bu günkü oyunda qələbəsi 2.10 əmsalla dəyərləndirilir. Heç-heçənin əmsalı 3.30-a, "Bursaspor"un zəfəri isə 2.70-ə bərabərdir. Ortada maraqlı statistika var. Hər iki komanda 1 aydan artıqdır  məğlubiyyət nə olduğunu bilmir. Bu müddətdə "Əskişəhərspor" 6, bursalılar isə 7 qarşılaşma keçirib və heç birində uduzmayıb. Axşamkı dueldən sonra hansı komandanın seriyasının qırılacağı maraq doğurur. Günün digər "tək oyun"u isə saat 23:45-də başlayacaq. Həm "Renn", həm də "Valensyen" Fransa liqasında son oyunlarını 3 gün əvvəl keçirib. "Renn" "Nitsa"ya 0:1, "Valensyen" isə çempionatın lideri PSJ-yə 0:4 hesabiyla uduzub. Hansı komanda yorgunlugu üzərindən atmağı bacaracaqsa,çox ğüman ki, axşamkı matçda ugur onun tərəfində olacaq. 

www.etopaz.az-ın bu duel üçün müəyyənləşdirdiyi əmsallar belədir: "Renn"in qələbəsi 1.85, heç-heçə 3.20, "Valensyen"in qələbəsi 3.30.  www.etopaz.az harada oynanılmasından asılı olmayaraq bütün matçlarda müştərilərinə uğur arzulayır. Həftəsonunu  www.etopaz.az-la keçirin. Bu, həm istirahət, həm də qazanc deməkdir.

Etopaz.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı